“Qələbə qazandığımıza görə çox şadam”

“Bu gün oyunumuz yaxşı alındı”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının voleybolçusu Raziyə Əliyeva deyib.

Gənc idmançı qızıl Avropa liqasında Estoniya komandası ilə oyunda qazanılan qələbəni şərh edib: “İlk olaraq qələbə qazandığımıza görə çox şadam. Düzdür, ilk set bir az gərgin keçdi, amma uğur bizim tərəfimizdə oldu. Növbəti oyunumuz Avstriya yığmasına qarşı olacaq. İnanıram ki, yenə yaxşı oynayıb qələbə qazanacağıq. Bu gün də mənə oynamaq şansı verildi, bu, məni daha da həvəsləndirir. Avstriya ilə oyunda da meydana çıxsam, komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan