“Qələbə üçün kifayət qədər iş gördük”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska İngiltərə liqa kubokunun 1/4 finalında “Kardiff Siti” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis xüsusilə ikinci hissədəki oyundan razı qaldığını və gərgin təqvimdə bu nəticənin vacibliyini vurğulayıb:

“Xüsusilə oyunçuların səyindən çox razıyam. Dünən də qeyd etdiyim kimi, cədvəl çətin oyunlarla doludur, ona görə də diqqətli olmalı idik. Komanda topsuz oyunda yaxşı təsir bağışladı, baxmayaraq ki, topla bəzi anlarda çətinlik çəkirdik. Birinci və ikinci hissə arasında böyük fərq var idi və düşünürəm ki, qələbə üçün kifayət qədər iş gördük. Bu axşam ən vacib məqam yarımfinala yüksəlməyimizdir. Sabahkı oyunları gözləyəcəyik ki, finala çıxmaq üçün nə etməli olduğumuzu anlayaq.”

Həmin kateqoriyadan