- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 26-cı turunda “İnter”lə qarşılaşan “Qəbələ” ardıcıl 4-cü qələbəsini qazandı – 2:1. Allsport.az xəbər verir ki, səfər görüşündə “qırmızı-qaralar”ın qələbə qolunu vuran komandanın kapitanı Ruslan Abışov qarşılaşma ilə bağıı fikirlərini bölüşüb:
“İnter”lə oyunun çətin keçəcəyini bilirdik. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Nəticə də məhz belə olmalı idi. Amma bu qarşılaşma haqda çox danışmaq istəmirəm. Bu matçı unudub, qarşıdakı görüşləri düşünməliyik. Düşünürəm ki, “İnter” üzərində qələbədə rəqibi yaxşı təhlil etməyimizin böyük rolu oldu. Onların oyununu elə öyrənmişdik ki, matç boyu heç bir boşluq vermədik, bacarıqlarını göstərmək imkanı buraxmadıq. Düzdür, hesab 1:1 olarkən qələbənin əldən verilməsi fikri ilə bağlı psixoloji çətinlik oldu. Lakin vacib olan qələbəni qazana bildik. Əsas olan 3 xalı əldə etmək idi ki, bunu da bacardıq. Qələbə qolunu vurmağıma gəlincə isə, hər matçda hücumlara qoşulur, fərqlənməyə çalışıram. Elə “İnter”lə qarşılaşmada da bir neçə dəfə qol vurmaq imkanım oldu. Amma həmin epizodlarda deyil, son dəqiqələrdə fərqləndim. Görünür qismət sonda qələbə qolunu vurmaq imiş”.