“Qələbədə yerli basketbolçuların əməyi böyük idi”

Azərbaycan basketbol liqasının V turu “Naxçıvan” – “Sabah” (74:75) oyunundan sonra qonaq komandanın baş məşqçisi Rimas Kurtinaytis mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı oyunda rotasiya etdiyini deyib:

“Heyətlə bağlı problemlərimiz var idi. Cəmi 8 basketbolçu ilə oynasaq da, yerli oyunçularımız rəqibin legionçuları ilə bərabər səviyyədə mübarizə apardı. Bugünkü qələbədə yerli basketbolçuların əməyi böyük idi. Rotasiyaya görə sürətli hücumlar təşkil etməkdə çətinlik çəkirdik. Bu səbəbdən fərqli oyun üslubunda çıxış etdik. Daha çox akademik, klassik basketbola üstünlük verdik. Başqa sözlə rəqibin hücumlarını nəzarətdə saxlamağa çalışırdıq. Rəqibin sürətli hücumlarının qarşısını alıb mövqe oyunu oynamağa çalışdıq. Düşünürəm ki, rəqibi təklif etdiyimiz basketbolu oynamağa məcbur edə bildik. İdman xoşbəxtliyi də tərəfimizdə idi. Rəqib baş məşqçini gözəl oyuna görə təbrik edirəm.  Hassani və Trevona gəlincə bildiyiniz kimi hər ikisi avrokuboklarda hər oyunda minimum 38 dəqiqə oynadı. Bu isə təbii ki, əzələlərin həddən artıq yüklənməsinə səbəb olur. Trevonun zədəsi var. Hassaninin isə NTD ilə oyundan sonra ağrıları var idi”.

Həmin kateqoriyadan