Qadın güləş millimiz təlim-məşqi Kayseridə keçir

Qadın güləşçilərimiz ilk təlim-məşqini Türkiyədə keçir. Allsport.az saytı xəbər verir ki, yanvarın 16-dan baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Kayseridə bir araya gələn millimiz ayın sonunadək burada əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində çalışacaq.

Toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə keçirilir. Komandamız hazırlığı başa vurduqdan sonra fevralın ilk günlərində Fransanın Nitsa şəhərində təşkil olunacaq qran-pridə qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan