Qadın güləşçilərimiz Bolqarıstanda toplanış keçir

Olimpiya oyunlarında güləş yarışlarının başlamasına 2 aydan az vaxt qalıb. Allsport.az xəbər verir ki, güləş üzrə yığmalarımız Tokio olimpiadasına hazırlıqları intensiv şəkildə davam etdirir.

Qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışı keçir. Mayın 24-dən startı verilən hazırlıq prosesi iyunun 8-dək davam edəcək. Yerli komandayla birgə təlim-məşq toplanışında baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.

Toplanış başa çatdıqdan sonra Stadnik və Manolovanın Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.

Həmin kateqoriyadan