- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın güləş millimiz Rusiyada təlim-məşq toplanışı keçib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi ilə hazırlıq prosesinə qatılan komandamız Rusiya, Qazaxıstan və Qırğızıstan komandalarıyla birgə intensiv məşqlərdə iştirak edib.
Yanvarın 11-də start götürən təlim-məşq toplanışı 2 həftə davam edib. Bu müddət ərzində millimiz həm fiziki, həm də taktiki-texniki hazırlıqlarda yaxından iştirak edib.
Yığma üzvləri toplanış başa çatdıqdan sonra digər komandalarla birgə 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirində iştirak edir. Nəticələri diqqətinizə çatdıracağıq.