Qadın güləşçilərin rəqibləri

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, mundialın bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçimiz çempionatda çıxış edəcək. Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) Osloda xalçaya çıxacaqlar.
Dünən keçirilən püşkatma mərasimindən sonra qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, T.Nəsirova Nataliya Varakina, A.Kolesnik Kristina Sazıkina (hər ikisi Belarus), E.Manolova isə fransalı Koumba Larrok ilə qarşılaşacaq.
I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyur.

Həmin kateqoriyadan