- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Ötən həftə şəxsi işimlə bağlı Bakıya səfər etdim. Burda olduğum müddətdə də məşqlərə ara vermədim”. Bunu allsport.az saytına qadın güləş millimizin öncülü Mariya Stadnik deyib. Onun sözünə görə, hər şey qaydasındadır və narahatçılığa əsas yoxdur:
“Komandalarımız hazırda Serbiyada şəxsü dünya kubokunda mübarizə aparırlar. Yaxşı ki, bu yarışda iştirak etdik. düzdür, koronavirus pandemiyası indi dünyada daha geniş və təhlükəli vüsət alıb. Xeyli sayda idmançı bu xəstəliyə yoluxub. Buna rəğmən, bizə boşalmaq da olmaz.
Azərbaycana bir həftəlik yollanmışam. Sabah səhər Ukraynaya uçuram. Nəylə bağlı burda olmağım qoy sirr qalsın (gülür). Təbii ki, Azərbaycan yığmasında çıxışımı davam etdirəcəyəm. Əsas hədəfim Tokio olimpiadasında yarımçıq qalmış istəyimi həyata keçirməkdir”.