Qadın güləşində növbəti uğur

Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında qadın güləşçilərin mübarizəsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, komandamız bu yarışda 5-illik düyünü çözüb. Sonuncu dəfə 2017-ci ildə eyni sınaqda medal qazanmışdıq.

Plovdivdə cəmi 6 idmançı ilə təmsil olunan Azərbaycan millisinin 4 üzvü fəxri kürsüyə qalxıb. Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.

Bu nəticə ilə komandamız 93 xalla Avropa çempionatını 5-ci pillədə başa vurub. Millini Türkiyə (143), Macarıstan (120), Polşa (118) və Moldovadan (96) qabaqlayıb.

Seçməmizin bu nəticəsi həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində 2-ci ən böyük uğurdur. Yalnız 2016-cı ildə Bolqarıstanın Ruse şəhərində qitə birinciliyində bundan bir medal artıq (1 qızıl, 1 gümüş, 3 bürünc) qazanılmışdı.

Həmin kateqoriyadan