- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Qadın həndbolçuların ölkə çempionatının 10-cu turu arxada qalıb. Allsport.az saytı xəbər verir ki, son oyun günündə 2 qarşılaşma olub. “Qarabağ” – “Gənclərbirliyi” matçında şətri meydança sahibi autsayderi 37:19 məyus edib. Baş mükafata əsas namizədlərdən sayılan “Azərsu” isə “İdman akademiyası”nı üstələyib – 37:15.
On oyundan hərəyə 18 xal toplayan “Azəryol” və “Azərsu” komandaları çempionatın şərikli liderləridir. “Qarabağ” 12 xalla 3-cü pillədə qərarlaşıb. 4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının hesabında 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-cidir. Autsayder “Gənclərbirliyi”nin hələ də xalı yoxdur.
Bu turdan sonra Azərbaycan çempionatında qısa fasilə yaranacaq. Yarışın üçüncü dövrəsinə yanvarın 24-də start veriləcək.