- Baxış sayı: 41
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Bazar günü qadın otüstü hokkeyçilər arasında ölkə çempionatında növbəti turun oyunları keçirilib. Allsport.az saytı azhf.az-a istinadən xəbər verir ki, paytaxtın “Atasport-2” və “Bakı” klublarının qarşılaşmasında ikincilər matçın 2-ci dəqiqəsində Xalidə Zeynalovanın vurduğu qolla hesabda irəli çıxıblar. Növbəti yarıda “Bakı”nın oyunçusu Rəna Mehdiyeva hesabı 2:0-a çatdırıb. Qalan vaxt ərzində qapılara qol vurulmayıb və ötən ilki çempion “Atasport-2” finişə 1 addım qalmış məğlubiyyətlə üzləşib.
“Samur”(Qusar) və “Sumqayıt” komandaları arasındakı görüşdə qusarlı qızlar fovarit sayılsalar da hesabın 18:0 olacağını heç kim gözləmirdi. 11 oyundan 24 xal toplayan “Samur” klubu əvvəlki kimi yarış cədvəlində başçılıq edir.
Qadınların yarışında axırıncı turun oyunları oktyabrın 26-da keçiriləcək. Həmin gün ilk olaraq “Bakı” və “Sumqayıt” komandaları qarşılaşacaq. Saat 12.30 dəqiqədə isə çempionatın ən maraqlı oyunlarından biri-“Samur” və “Atasport-2” klublarının görüşü start götürəcək. Həmin oyun yeni çempionu da aşkar edə bilər.