Qadın millimiz Dünya Hokkey Liqasının yarımfinalında!

Uruqvayın paytaxtı Montevideoda qadın milli komandaların Dünya Hokkey Liqasının 2-ci raundu davam edir. Allsport.az saytı xəbər verir ki, «B» qrupunda maksimum nəticə göstərən otüstü hokkeyçilərimiz, bu gün növbəti mərhələdə «A» qrupunda 4-cü yeri tutan Dominikan Respublikasının komandası ilə üz-üzə gəlib.

İlk hissədə hesab açılmayıb. 2-ci yarıda təzyiqi bir qədər də artıran Adil Paşayevin drujinası darmadağının əsasını qoyub. Lübov Drujinina (21, 30) və kapitan Xatirə Əliyevə (21, 38) hərəyə 2 qol vurublar. 4-cü periudda millimiz daha bir dəfə fərqlənib. 51-ci dəqiqədə Fəridə Məmmədovanın da zərbəsi dəqiq olub – 5:0.

Bu raundun qaliblər fevralın 21-də yarımfinalda qarşılaşacaqlar. Final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda bürünc medal qazanan komanda da belə bir şansa sahib ola bilər. Belə ki, martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində baş tutacaq eyni yarışların yekununda, 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik kollektiv növbəti mərhələyə çıxmaq hüququna yiyələnəcək.

Həmin kateqoriyadan