- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

İyunun 14-də Tunisin Cerba adasında qadınlar arasında onlayn şahmat festivalı keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçıları da iştirak edəcəklər.
Blits növü üzrə keçiriləcək turnirdə Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Mələk İsmayıl, Leyla Budaqova, Aytac Məmmədova, Gülsənəm Ağayeva və digər təmsilçilərimiz mübarizə aparacaqlar.
15 turdan ibarət olacaq turnirin mükafat fondu 2 min ABŞ dollarıdır.