- Baxış sayı: 55
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 170
- Fevral 09, 2026
- 0

Braziliyada qadın voleybolçular arasında olimpiya təsnifatlı yarışı sona yetib. Allsport.az saytı xəbər verir ki, millimiz “D” qrupunda son oyunda kamerunlu həmkarlarına 3:0 qalib gəlib.
İlk oyunda Dominikan Respublikasına 0:3, sonra meydan sahibələrinə 2:3 yenilən Covanni Kapraranın komandası qrupda 4 xalla 3-cü yer tutub, Tokio-2020-yə vəsiqə qazana bilməyib. Bu sevincə bütün görüşləri qələbə ilə başa vuran “sambaçılar” nail olublar.