Qadınlar arasında qısa proqram. Bizimkilər neçənci oldular?

Heydər Əliyev adına idman sarayında yeniyetmə fiqurlu konkisürənlərin mükafat yarışının qadınlar arasında qısa proqramı keçirildi. Allsport.az xəbər verir ki, qısa proqram üzrə 30 ölkədən 35 idmançı çıxış etdi.

Turnirin nəticələrinə əsasən Israilli idmançı Sofia Şifrin 61.57 xalla 1-ci, çinli fiqurlu konkisürən Yihan Vong 60.96 xalla 2-ci, cənubi koreyalı Hyevon Coo isə 3-cü oldular.

Qısa proqramda yeniyetmə idmançılarımız Arina Kaluqina 57.87 xalla 6-cı, Səbinə Əliyeva 35.76 xalla 28-ci, Leyli Axundova isə 35.33 xalla 29-cu yerdə qərarlaşıblar.

Yarışın ikinci günündə kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər.

Həmin kateqoriyadan