- Baxış sayı: 38
- 25 Yanvar 2026 10:11
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

Qar voleybolu üzrə ölkə kubokunun oyun proqramı müəyyənləşib.
Allsport.az xəbər verir ki, Azərbaycan voleybol federasiyasının təşkilatçılığı ilə 24–25 yanvarda Şahdağ turizm mərkəzində təşkil olunacaq yarışda qadınlardan ibarət 5 komanda — “Gəncə”, “Azərreyl”, “Milli”, “Milli-2” və “Qaraqaya”, kişilərdən ibarət 4 komanda — “Gənclər”, “Qaraqaya”, “Baku Fires” və “Azərreyl” mübarizə aparacaq.
Reqlamentə əsasən qadınlar dairəvi, kişilər isə olimpiya sistem üzrə yarışacaqlar. Turnirin ilk günündə qadınlar arasında 7, kişilər arasında isə 2 oyun baş tutacaq. Yarışa yanvarın 25-də yekun vurulacaq. Oyunlardan sonra mükafatlandırma mərasimi olacaq.
Oyun proqramı
24 yanvar
Qadınlar
10:00. “Azərreyl” – “Milli-2”
10:20. “Milli” – “Qaraqaya”
10:40. “Qaraqaya” – “Gəncə”
11:00. “Milli-2” – “Milli”
11:20. “Milli” – “Azərreyl”
11:40. “Gəncə” – “Milli-2”
12:00. “Qaraqaya” – “Azərreyl”
Kişilər
15:00. “Qaraqaya” – “Gənclər”
15:30. “Azərreyl” – “Bakı Fires”