- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Bolqarıstan paytaxtı Sofiyada yeniyetmələrin dünya birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, ilk günlərdə sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə heyətdə Murad Haqverdiyev (45 kq), Cavid Cavadov (48 kq), Riad Aslanov (51 kq), Zirəddin Bayramov (55 kq), Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) yer alıblar.
Yeniyetmə qızlarda ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Zenfira Həşimova (43 kq), Gültəkin Şirinova (46 kq), Nərgiz Səmədova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Firuzə Məcidova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.
Rəqabətin son günlərində yunan-Roma güləşçilərimiz xalça üzərinə çıxacaqlar. Böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə milliyə Fərid Sadıxlı (45 kq), Ziya Babaşov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq), Rauf Əliyev (71 kq) və Laçın Vəliyev (92 kq) daxil olublar.
Görüşlərin idarə olunmasında 2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov yer alacaq.