- Baxış sayı: 30
- 24 Aprel 2025 19:48
- Baxış sayı: 63
- Aprel 24, 2025
- 0
Millimizin həndbolçusu Valentina Salamahanın Macarıstan milli çempionatının 1-ci liqasında şərəfini qoruduğu «Şiofok» klubu 11-ci turda evdə lider “Ferensvaroş”la görüşüb.
Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə meydan sahibələri fasiləyə 11:10 hesabı ilə üstün yollansada, Budapeşt təmsilçisi 2-ci yarıda oyunu xeyrinə dəyişərək qalib gəlib – 24:26.
12 klubun yer aldığı yüksək dəstədə «Şiofok» 16 xalla 3-cü sıradadır. «Şiofok» EHF kubokunda mücadiləni davam etdirir. Qapıçımızın komandası 1/16 finalda digər Macarıstan kollektivi “Dunauyvaroşi” ilə münasibətinə aydınlıq gətirəcək. Bu matclar gələn ilin yanvarına təsadüf edəcək.