- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Millimizin qapıçısı Valentina Salamahanın şərəfini qoruduğu «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqada növbəti matçını keçirib. Allsport.az saytı xəbər verir ki, çempionatın öncülü 13-cü turda evdə onu daban-daban izləyən «Turinger»lə görüşüb.
Əvvəldən sonadək üstün oyun nümayiş eydirən ev sahibələri 10 top fərqi ilə qalib gəliblər – 30:20 (16:11). Bu görüşdə də qapısımız meydanda olub.
«Bietiqheym» yarış cədvəlində maksimum nəticə, 26 xalla 1-ci sırada yerini qoruyur. Lider növbəti görüşünü fevralın 18-də doğma meydanda «Çelle»yə qarşı keçirəcək.