- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 157
- Mart 26, 2026
- 0

Millimizin qapıçısı Valentina Salamahanın şərəfini qoruduğu «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqada növbəti matçını keçirib. Allsport.az saytı xəbər verir ki, çempionatın öncülü 12-ci turda səfərdə «Bukstuxude»lə görüşüb.
Əvvəldən sonadək üstün oyun nümayiş eydirən qonaqlar 6 top fərqi ilə qalib gəliblər – 32:26 (19:12). Bu görüşdə də qapısımız meydanda olub.
«Bietiqheym» yarış cədvəlində maksimum nəticə, 24 xalla 1-ci sırada yerini qoruyur. Lider növbəti görüşünü fevralın 8-də doğma meydanda onu daban-daban izləyən «Turinger»ə qarşı keçirəcək.