- Baxış sayı: 110
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 90
- Dekabr 05, 2025
- 0

Dünən millimizin həndbolçusu Valentina Salamahanın şərəfini qoruduğu “Bayer-04” klubu Bundesliqada növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, liverkuzenlilər 21-ci turda səfərdə “Leypsiq”in qonağı olublar.
Güclü rəqiblə qarşılaşma gərgin keçib. Meydan sahibələri üstünlüyünü sonadək qoruyublar – 31:28 (17:12). Bu görüşdə də qapısımız ehtiyatda qalıb.
“Farmasevtlər” yarış cədvəlində 25 xalla 6-cı sırada yerini qoruyublar. “Qara-qırmızılar” növbəti matçını aprelin 26-də evdə “Metsingen”lə görüşəcək. Rəqib hazırda 33 xalla Bundesliqada 3-cü yerdədir.