“Qara-qırmızılar”ın yunanlarla qarşılaşmasını ispanlar idarə edəcək

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə Yunanıstanın PAOK-u arasında keçiriləcək ilk matçın hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək bu qarşılaşmanı ispaniyalı hakimlərə həvalə edib.

Matçın baş hakimi Xavyer Estrada olacq. Ona Migel Martineslə Teodoro Sobrino yardım edəcək. Dördüncü hakim funksiyasını isə Dieqo Barbero yerinə yetirəcək.

Qeyd edək ki, “Qəbələ” – PAOK matçı sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək və saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan