“Qarabağ” ardıcıl 3-cü dəfə ölkə çempionu oldu!

Bu gün Premyer Liqada 32-ci tur çatıb. Allsport.az saytı xəbər verir ki, son oyun günündə 3 keçirilib. Öncə “İnter”lə “Sumqayıt” qarşılaşıb. 2 qırmızı vərəqənin göstərildiyi, 3 penaltinin təyin olunduğu, 4 qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib – 2:2.

Bir neçə gün öncə Azərbaycan kubokunun yarımfinal mərhələsində üz-üzə gələn və qalmaqallı matçın (1:1) iştirakçısı olan “Qəbələ” ilə “Neftçi” qısa müddət kəsiyində ikinci dəfə qarşılaşıb. Bu görüşdə də tərəflər hərəyə iki qol vurduğu halda, sonda meydandan bir xalla ayrılıb – 2:2.

Hesabat turunun sonuncu və mərkəzi oyunu isə lider “Qarabağ”la əsas izləyicisi “Zirə” arasında baş tutub. Ağdam klubu növbəti qələbəsini qazanaraq, çempionatın sonuna 4 tur qalmış növbəti çempionluğunu bayram edib (2:0). Bu qələbə ilə Ağdam təmsilçisi “Neftçi”nin ardıcıl 3 il qızıl medalları qazandığı uğuru təkrarlayıb.

Həmin kateqoriyadan