- Baxış sayı: 143
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
“Qarabağ” bu gündən etibarən yeni mövsümün hazırlıqlarına start verir. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun futbolçu və məşqçi heyəti günorta saatlarında Bakı-İstanbul- Münhen reysi ilə Avstriyaya yola düşüb.
Axşam saatlarında futbolçuların qalacağı mehmanxanaya çatması gözlənilir. Komanda son 2 ildə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.
“Qarabağ” Avstriyada təlim-məşq toplanışı müddətində 4 sınaq oyunu keçirəcək. Yoxlama matçlarından ikisinin keçirilmə tarixi məlumdur. Komanda iyunun 25-də yerli “Vakker” klubu və iyunun 28-də 4-qat Rusiya çempionu “Zenit”lə qarşılaşacaq.