- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

UEFA Avropa liqasının liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri bu gün, saat 12:00-da satışa çıxarılacaq.
Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Oyunu stadiondan izləmək istəyənlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), “Qarabağ”ın “Park bulvar”dakı fan-şopu və Tofiq Bəhramov adına respublika stadionunun kassalarından ala bilərlər. “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə 20:45-də başlayacaq.