“Qarabağ” – “Ayaks” oyununa nə qədər bilet satılıb?

UEFA Avropa liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşib.

Allsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Matç üçün artıq 18 min 500 ədəd bilet satılıb.

Məlumatda o da qeyd olunub ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park bulvardakı “Qarabağ” FK-nın fan-şopu;

Tofiq Bəhramov adına respublika stadionunun kassaları;

Həmin kateqoriyadan