“Qarabağ” Azərbaycanın xal ehtiyatını zənginləşdirdi

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.

Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu il də son çempion “Qarabağ” təmsil edir. Ağdam klubu ötən gecə səfərdə Çernoqoriya çempionu “Rudar”la qarşılaşdı və 1:0 hesabıyla qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandı (ilk oyun -0:0). Düzdür, ağdamlıların bu qələbəsi ölkəmizin xal ehtiyatını zənginləşdirdi. Belə ki, Qurban Qurbanovun çalışdırdığı komanda ölkəmizin reytinq hesabına 0.250 xal yazdırmış oldu.

Amma bu, Azərbaycanın irəliləməsinə kömək etmədi. Hazırda UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 11.875 reytinq xalı var ki, onun da 1.375 xalı cari mövsümdə qazanılıb (“İnter” – 0.500, “Qarabağ” – 0.375, “Neftçi” – 0.250, “Qəbələ” – 0.250).

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Sonda reytinq cədvəlinin hazırkı variantını diqqətinizə çatdırırıq:

#Ölkə11/1212/1313/1414/1515/16r.xalıklub
1İspaniya20.85717.71423.00020.2142.28584.0707/ 7
2Almaniya15.25017.92814.71415.8571.71465.4637/ 7
3İngiltərə15.25016.42816.78513.5711.87563.9098/ 8
4İtaliya11.35714.41614.16619.0001.33360.2726/ 6
5Portuqaliya11.83311.7509.9169.0831.33343.9156/ 6
6Fransa10.50011.7508.50010.9161.33342.9996/ 6
7Rusiya9.7509.75010.4169.6660.80040.3825/ 5
8Ukrayna7.7509.5007.83310.0000.80035.8835/ 5
9Belçika10.1006.5006.4009.6001.00033.6005/ 5
10Hollandiya13.6004.2145.9166.0830.75030.5635/ 6
11Türkiyə5.10010.2006.7006.0001.00029.0005/ 5
12İsveçrə6.0008.3757.2006.9000.10028.5755/ 5
13Çex Respublik.5.2508.5008.0003.8750.00025.6255/ 5
14Yunanıstan7.6004.4006.1006.2000.80025.1005/ 5
15Rumıniya4.3336.8006.8755.1250.87524.0084/ 4
16Avstriya7.1252.2507.8004.1250.20021.5005/ 5
17Xorvatiya3.7504.3754.3756.8751.37520.7504/ 4
18Kipr9.1254.0002.7503.3001.37520.5504/ 4
19Polşa6.6252.5003.1254.7502.00019.0004/ 4
20İsrail6.0003.2505.7501.3750.75017.1254/ 4
21İsveç2.9005.1253.2003.9001.87517.0004/ 4
22Belarus3.1254.5001.7505.5001.12516.0003/ 4
23Şotlandiya2.7504.3003.2504.0001.25015.5503/ 4
24Danimarka3.1003.3003.8002.9002.12515.2253/ 4
25Norveç2.3004.9002.6002.2002.25014.2504/ 4
26Sloveniya2.2503.2502.6254.0001.00013.1251/ 4
27Bolqarıstan1.5000.7505.6254.2500.87513.0002/ 4
28Serbiya2.1253.0002.5002.7501.75012.1253/ 4
29Azərbaycan1.3753.0002.5003.6251.37511.8753/ 4
30Qazaxıstan1.6251.3753.1253.3751.25010.7502/ 4
31Slovakiya2.3751.5001.6252.7502.25010.5003/ 4
32Macarıstan2.2503.0000.8752.1251.2509.5003/ 4
33Moldova0.5002.2503.3751.7501.1259.0002/ 4
34İslandiya1.3751.2502.5002.5001.0008.6252/ 4
35Lixtenşteyn2.0000.0001.0002.5003.0008.5001/ 1
36Gürcüstan2.8751.5001.8751.2500.6258.1254
37Finlandiya1.5002.0000.5002.4000.7507.1501/ 4
38Bosniya1.1251.2501.5001.7501.2506.8751/ 4
39İrlandiya1.5001.0000.2502.0000.7005.4502/ 5
40Albaniya0.8750.7502.0000.8750.8755.3752/ 4
41Latviya0.6251.2501.6250.2501.5005.2503/ 4
42Makedoniya1.6251.2500.5001.1250.7505.2501/ 4
43Lüksemburq1.1251.3751.5000.5000.7505.2501/ 4
44Çernoqoriya0.5001.3751.2500.7501.0004.8751/ 4
45Şim.İrlandiya0.5001.0000.8751.3750.7504.5001/ 4
46Litva1.0001.1251.2500.5000.6254.5001/ 4
47Estoniya0.3750.3751.0001.5001.0004.2501/ 4
48Ermənistan0.1250.8751.1250.3751.3753.8752/ 4
49Farer adaları0.5000.5000.8751.3750.3753.6254
50Uels0.6250.5000.7500.1251.5003.5001/ 4
51Malta0.8330.8750.8750.1250.6253.3331/ 4
52Cəbəllütariq0.0000.0000.0000.2500.7501.0002
53Andorra0.0000.0000.3330.5000.1660.9993
54San Marino0.0000.0000.3330.0000.0000.3333

Həmin kateqoriyadan