- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Bakcell” şirkətinin dəstəyi ilə dekabrın 10-da, saat 14:00-da “Bayıl Arena”da ”Britaniya komandası” və ”Qarabağ” futbol klubu arasında qeyri-rəsmi futbol oyunu keçiriləcək. Allsport.az xəbər verir ki, tədbirin məqsədi 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı əsgərlər arasında oynanılan ilk futbol oyununun 100 illiyini qeyd etməkdir.
Həmin vaxt bir-birinə əks cəbhədə vuruşan əsgərlər bir anlıq müharibəyə fasilə vermiş, mahnılar oxumuş, hədiyyələr paylaşmış və rəmzi olaraq futbol oynamışdılar.
Britaniya komandasını səfir İrfan Siddiq və “Mançester Yunayted” Yay Məktəbinin məzunları təmsil edəcəklər.