- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” yenidən məşqlərə başlayıb. Allsport.az xəbər verir ki, Antalyada təlim-məşq toplanşına davam edən komanda 1 günlük fasilədən sonra məşqləri yenidən bərpa edib. Baş məşqçi Qurban Qurbanov dünən futbolçulara istirahət imkanı yaratmışdı.
Bu gün komandanın planında 2 məşq vardı. “Qarabağ” ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 13:00) yollanıb. Hazırlıq prosesi 90 dəqiqə davam edib. Səhər məşqi fiziki yüklənmələr üzərində baş tutub. Futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatıb.
Qeyd edək ki, səhər məşqində Çumbinyo xaric bütün futbolçular iştirak ediblər. Braziliyalı futbolçu trenajor zalında xüsusi proqramla məşq edib.