- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 26
- Mart 26, 2026
- 0

Bu gün qadın həndbolçuların superliqasında 4-cü tur başa çatıb. Allsport.az saytı xəbər verir ki, ilk oyunda “Qarabağ”la “İdman Akademiyası” qarşılaşıb. Üstün oynayan ölkə çempionatının gümüş mükafatçıları rəqibini 10 top fərqi ilə udublar – 31:21.
Turun mərkəzi görüşündə “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəldilər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi heç-heçə bitdi (13:13). Növbəti yarının ortalarında təşəbbüsü tam ələ alan son vitse-çempion yekunda sevinən tərəf olub – 29:22.