- Baxış sayı: 20
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bu gün Premyer liqada 5-ci turun daha bir görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncədə son ölkə çempionu “Qarabağ”ı qəbul edən “Kəpəz” 2:3 hesabı ilə uduzub. Matçdan sonra açıqlama verən baş məşqçi Şahin Diniyev, 2 fərqli hissənin olduğunu s.yləyib:
“Yaxşı mübarizəli, qollu, azarkeşləri sevindirəcək oyun oldu. Necə planlaşdırmışdıqsa, penaltiyə qədər elə də oynadıq. İkinci hissədə isə planı dəyişdik. “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq ölümə bərabər bir şey olsa da, biz qorxmadıq.
Qol vurmaq, oyunu xilas etmək üçün irəli atıldıq. İkinci hissədən razıyam. Düşünürəm ki, fərdi səhvlərdən sonra qollar buraxdıq. Mənə elə gəlir ki, “Qarabağ”la oyun hər bir oyunçu üçün, məşqçi üçün bir dərslikdir. Bu komanda ilə oyundan sonra üstün cəhətləri və səhvləri aydın görmək mümkündür.
Heyətdə çatışmazlıqlar var. Mən hər dəfə ehtiyat oyunçulara baxanda matçı dəyişmək üçün adam axtarırdım. Düşünürəm ki, futbolçular bu cür azarkeş dəstəyi qarşısında oynamağa borcludurlar”.