- Baxış sayı: 39
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar olub.
Allsport.az xəbər verir ki, maraqlı görüşlərdən birində qadınlardan ibarət “Qarabağ” və “Kür” komandaları üz-üzə gəlib. “AHF Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 35:30 hesablı qələbəsi ilə nəticələnib. Qadın həndbolçuların I-IV yerlər uğrunda digər matçında “Azəryol” “İdman Akademiyası”na böyük hesabla qalib gəlib – 45:24.
Kişi həndbolçuların I-IV yerlər uğrunda yarışında da iki oyun olub. Daha gərgin mübarizə ilə yadda qalan görüşdə “Azəryol” “Bakı”nı 33:29 hesabı ilə məğlub edib. “Qarabağ” isə yarış cədvəlinin lideri “Kür”ə 26:37 hesabı ilə uduzub.