- Baxış sayı: 31
- 01 Fevral 2026 10:15
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

Kişi həndbolcuların ölkə çempionatında daha bir mərkəzi qarşılaşma keçiriləcək.
Allsport.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Kür” 6-cı turda üz-üzə gələcək.
Çempionatın açılış matçında Mingəçevirdə rəqibinə qalib gələn “Qarabağ” qələbə qazanaraq lider mövqeyini möhkəmlətmək niyyətindədir. “Kür” də ilk turdakı məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, liderlər qrupundan kənarda qalmamağa çalışacaq.
Maraqla gözlənilən görüş yanvarın 31-i saat 12:00-da başlayacaq. “AHF Arena” idman kompleksində keçiriləcək qarşılaşma Azərbaycan həndbol federasiyasının rəsmi “Youtube” kanalında canlı yayımlanacaq.