- Baxış sayı: 55
- 25 Yanvar 2026 10:00
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə bir neçə oyun artıq başa çatıb.
Allsport.az xəbər verir ki, ilk yarış günündə Qazaxıstan millisi ilə “Bakı” komandası üz-üzə gəlib. İlk hissədən təşəbbüsə yiyələnən qonaqlar görüsü qələbə ilə başa vurublar – 29:24 (14:8).
Yarışın ikinci günündə “AHF arena”nın meydançasına əvvəlcə OKMK (Özbəkistan) və “Astana” (Qazaxıstan) komandaları çıxıblar. Görüşun fasiləsinə 20:10 hesablı ustünlüklə yollanan Özbəkistan həndbolçuları ikinci hissədə də inamlı oyun sayəsində qələbə qazanıblar – 45:23.
Günün ikinci matçında Qazaxıstan millisi ilə “Qarabağ” kollektivi üz-üzə gəlib. Gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsi 15:12 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb. Fasilədən sonra da maraqlı idman mübərizəsi şəraitində keçən görüş heç-heçə nəticələnib – 24:24.