- Baxış sayı: 102
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 36
- Noyabr 25, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi ilə Xəzər rayon icra hakimiyyəti birlikdə Qarabağ qaziləri və gənclərin görüşü keçirilib. Allsport.az xəbər verir ki, “26 iyun Azərbaycan respublikasının silahlı qüvvələr günü”nə həsr olunmuş 2-ci Vətən müharibəsində şücaət göstərmiş Qarabağ qaziləri və arxa cəbhədə informasiya müharibəsi aparan gənclərlə birlikdə “Vətən uğrunda” adlı görüş baş tutub.
Toplantıda Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Xəzər rayon icra hakimiyyətinin 2-ci Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Teymur Həşimov, Qarabağ qaziləri ictimai birliyinin sədri Rəyasət Tağıyev ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən və bu tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər.
Tədbirin sonunda Qarabağ qazilərinə və arxa cəbhədə informasiya müharibəsi aparan gənclər fəxri fərmanlarla təltif olunublar.