- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan çempionu “Qarabağ” klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirəcək. Ağdam klubundan allsport.az saytına verilən məlumata görə, tədbir saat 13:00-da başlayacaq.
Mətbuat konfransında klubun vitse-prezidenti Tahir Gözəl və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak edəcək. Onlar ötən gecə baş tutan Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki İtaliya “İnter”i ilə həlledici oyunda təmiz qollarının sayılmamasına rəsmi münasibətlərini açıqlayacaqlar. Ağdam klubu buna görə UEFA-ya etiraz məktubu da ünvanlayacaq.
Maraqlıdır ki, “F” qrupunun digər oyununda Fransa “Sent-Etyen”inin Ukrayna “Dnepr”inə vurduğu qol da sayılmayıb. Halbuki, həmin oyun da heç-heçə başa çatsaydı, “Qarabağ” pley-offa yüksələ bilərdi.