- Baxış sayı: 78
- 05 Fevral 2025 21:25
- Baxış sayı: 87
- Aprel 09, 2025
- 0
“Qarabağ”ın idarə heyətinin üzvü Asif Əsgərov bir müddət əvvəl UEFA-nın yarışların təşkili (2023-27-ci illər) komitəsinin üzvü seçilib.
Allsport.az xəbər verir ki, bu, UEFA komitələri sırasında ən nüfuzlusu sayılır. çempionlar liqası, Avropa liqası və konfrans liqasına aid bütün məsələlər, o cümlədən dəyişilikliklər məhz bu komitədə müzakirə olunur və təsdiqlənir.
“Qarabağ” rəsmisi dünən UEFA komitəsinin Cenevredə keçirilən toplantısında iştirak edib. Komitənin yeni tərkibdə ilk iclası (online) fevralın 1-də, ilk canlı görüşü isə martın 4-5-də İsveçrədə baş tutub.
2023-27-cü illər üçün Avropa kubokları ilə bağlı bəzi dəyişikliklər təsdiqlənib və ictimaiyyətə təqdim olunub. Bəziləri isə yaxın günlərdə açıqlanacaq. Açıq qalan məsələlər isə komitənin mayın 31-də Londonda keçiriləcək iclasında müzakirə olunacaq.