“Qarabağ” – “Seltik” matçını isveçli hakimlər idarə edəcəklər

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Şotlandiya “Seltik”i arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, qitə futbol qurumu bu qarşılaşmanı isveçli hakimlərə tapşırıb.

Görüşün baş hakimi Martin Stromberqsson təyin olunub. Ona Daniel Qustavssonla Stefan Hallberq kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”la “Seltik” arasındakı cavab qarşılaşması avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.

Həmin kateqoriyadan