- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu “Qarabağ” da növbəti sınağına çıxacaq.
Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya “Rudar”ı idi. “Qarabağ” bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu dəfə isə Ağdam klubu daha adlı-sanlı rəqiblə – Şotlandiya “Seltik”i ilə mübarizə aparır. Hansı ki, bu komanda İslandiya “Styarnan”ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb. Təəssüf ki, elə “Qarabağ” da səfərdə keçirdiyi ilk oyunda bu komandaya 0:1 hesabıyla uduzub.
Səfərdə uduzması ağdamlıların işini daha da çətinə salıb. Amma cavab görüşünün evdə keçirilməsi təmsilçimiz üçün kiçik bir üstünlük sayıla bilər. Qurban Qurbanovun komandası azarkeşlərin də dəstəyi sayəsində Bakıdakı qarşılaşmada mərhələ keçə bilər. bunun üçün isə iki cavabsız qolla qalib gəlmək lazımdır. Bu mənada şotlandlardan evdə qol buraxmamaq da böyük əhəmiyyət daşıyır. Çünki qol buracağı halda “Qarabağ” mərhələ keçmək üçün 3 top fərqi ilə qalib gəlmək məcburiyyətində qalacaq ki, ÇL-in pley-off mərhələsinə vəsiqə əldə etsin.
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
5 avqust
21:30. “Qarabağ” – “Seltik”
Baş hakim: Martin Stromberqsson (İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 0:1