“Qarabağ” təsdiqlədi: Muarem Muaremə rəsmi dəvət gəlib

“Qarabağ” futbolçuları Muarem Muarem və Leroy Corca Türkiyənin Super Liqa klublarının təklif göndərməsi barədə xəbərlərə münasibət bildirib. Allsport.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl qol.az saytına açıqlamasında makedoniyalı Muarem Muaremin “Əskişəhərspor” klubunun maraq dairəsinə düşməsi haqda xəbəri təsdiqləyib.

O qeyd edib ki, Türkiyə təmsilçisi bununla bağlı “Qarabağ”a rəsmi təklif irəli sürüb: “Əskişəhərspor” Muaremə görə “Qarabağ”a rəsmi müraciət edib. Amma hələlik, bu müraciətlə bağlı konkret nəsə deyə bilmərəm. Yekun qərarı klubumuzun idarə heyəti verəcək”.

Çəlikəl Leroy Corca “Sivasspor”dan dəvət gəlməsi haqda yayılan xəbərlər haqda isə qısaca olaraq bunu söyləyib: “Bu haqda eşitmişəm. Amma bizə Leroyla bağlı müraciət edilməyib”.

Həmin kateqoriyadan