- Baxış sayı: 65
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, toplanışın 2-ci gününün ilk məşqi baş tutub. Yerli vaxtla 11:30-da (Bakı vaxtı ilə 13:30) komanda günün ilk məşqinə çıxıb. Bu məşq daha çox topsuz çalışmalara həsr olunub.
Belə ki, isinmə hərəkətlərinin ardından futbolçular 3 dəfə 15 dəqiqəlik kross qaçışını yerinə yetirib. Müəyyən fiziki təmrinlərin ardından məşq başa çatıb. Hazırlıq təxminən 90 dəqiqə davam edib. Komandanın növbəti məşqi axşam yerli vaxtla saat 18:30-a nəzərdə tutulub.