“Qarabağ” “Tottenhem”lə bacarmadı

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ” da qrupdakı ilk oyununa çıxıb.

Ağdam təmsilçisi səfərdə İngiltərənin “Tottenhem” klubunun qonağı olub. Qurban Qurbanovun komandası çətin səfərdən hətta 1 xalla da qayıtmağa nail olsaydı, bu, çox uğurlu başlanğıc sayılacaqdı. Qarşılaşmada da təmsilçimiz üçün uğurlu başlayıb. Amma Riçard Almeydanın penalti qolu ilə hesabı açmasına baxmayaraq, Ağdam klubu meydandan məğlubiyyətlə ayrılmaq məcburiyyətində qalıb.

“J” qrupundakı digər oyunda Belçika “Anderlext”i Fransa “Monako”su ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə 1:1 hesabı qeydə alınıb.

UEFA Avropa Liqası
“J” qrupu
1-ci tur
17 sentyabr

“Tottenhem” – “Qarabağ” – 3:1 (2:1)
Qollar: R.Almeyda, 7-pen. (0:1). S.X.Min, 28 (1:1). S.X.Min, 30 (2:1). E.Lamela, 86 (3:1).
Sarı vərəqə: E.Lamela, 75. M.Medvedev, 84. İ.Şehiç, 85. Mişel, 90+1.
Baş hakim: Adrien Jakote (İsveçrə).
London. “Uayt Hart Leyn” stadionu.

“Tottenhem”: 1. Huqo Loris (k), 3. Denni Rouz, 4. Tobi Alderveyreld, 15. Erik Dayer (29. Qarri Uinks, 76), 16. Kiran Tripper, 27. Kevin Vimmer, 11. Erik Lamela, 17. Andros Taunsend (14. Klinton Njie, 68), 20. Bamidele Alli, 28. Tomas Kerroll, 7. Son Xın Min (10. Qarri Keyn, 68).
Ehtiyat oyunçular: 13. Mixel Vorm, 21. Federiko Fasio, 33. Ben Devis, 25. Coşua Onoma.
Baş məşqçi: Maurisio Poçettino.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (8. Mişel, 79), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (67. Əlhərbi Əl-Jadeyui, 79), 7. Cavid Tağıyev (90. Samuel Armenteros, 67), 9. Reynaldo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Həmin kateqoriyadan