“Qarabağ” üçün ilk, “Yanq Boyz” üçün dördüncü dəfə

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə “Yanq Boyz”u ilə Berndə keçiriləcək ilk qarşılaşmasının baş hakimi Alon Yefet təyin olunub. Allsport.az xəbər verir ki, israilli referi azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır.

Belə ki, o, ötən il Bakıda keçirilmiş Azərbaycan – Bolqarıstan (1:2) matçını idarə etmişdi. Həmin oyunda 4 sarı vərəqəyə əl atan israfilli hakim onlardan üçüncü bizim futbolçulara göstərmişdi.

“Qarabağ”ın oyunlarına heç vaxt təyinat almamış Yefet “Yanq Boyz” üçün daha tanış hakimdir. Belə ki, o, bu klubun oyununa dördüncü dəfədir təyinat alır. İlk dəfə Avropa Liqasının 2009/10 mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçrə klubunun oyununa təyinat alan israilli hakim İspaniyanın “Atletik” klubuna qarşı matçda Bilbao təmsilçisinin 2:1 hesablı səfər qələbəsini qeydə alıb. Həmin oyunda 4 sarı vərəqə göstərən baş hakimin qəzəbinə 3 dəfə isveçrəli futbolçular gəliblər. O, hətta “Yanq Boyz”un bir futbolçusunu da meydandan qovub.

Növbəti mövsümdə o, “Yanq Boyz”un Avroliqanın qrup mərhələsi çərçivəsindəki Almaniya “Ştutqart”ı ilə ev oyununu idarə edib. Yefet bu oyunda da 4 sarı vərəqə göstərib ki, yenə də xəbərdarlıqlardan üçü İsveçrə klubuna qismət olub. Amma “Yanq Boyz” bu görüşdə 4:2 hesabıyla qalib gəlib.

Sonuncu dəfə isə Yefet “Yanq Boyz”un matçını Avroliqanın 2012/13 mövsümündə idarə edib. Yenə qrup mərhələsi çərçivəsində baş tutan bu dəfəki matçda İsveçrə klubu səfərdə İngiltərə nəhəngi “Liverpul”un qonağı olub. Bu matç 2:2 hesabıyla başa çatıb, Yefet isə tərəflərdən hərəyə bir futolçuya sarı vərəqə göstərməklə kifayətlənib.

Həmin kateqoriyadan