“Qarabağ” UEFA-ya rəsmi şikayət ünvanladı

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda İtaliyanın “İnter” komandasını qəbul edən Azərbaycan çempionu “Qarabağ”ın oyunun 94-cü dəqiqəsində vurduğu qolun hesaba alınmaması idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanır. Allsport.az xəbər verir ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA-ya əldə olan bütün sübutlardan ibarət şikayət məktubu ünvanlayıb.

Həmçinin, Tahir Gözəl İsveçrəyə getməyə hazırlaşır. O, UEFA-dan gələcək cavab əsasında İsveçrədə lazımi şəxslərlə “Qarabağ”ın hüquqlarını qorumaq üçün görüşlər keçirəcək. Artıq Avropa Liqası yarışının direktoru Georgi Marketti ilə görüş günü təyin edilib.

Qeyd edək ki, oyunu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu qolu hesaba almayınca oyun 0:0 hesabı ilə başa çatıb. Nəticədə 6 xal toplayan “Qarabağ” qrupda 3-cü sırada qərarlaşaraq yarışla vidalaşıb.

Həmin kateqoriyadan