- Baxış sayı: 117
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Qadın həndbolçuların Azərbaycan çempionatının final mərhələsində I-IV yerlər uğrunda növbəti oyunlar olub.
Allsport.az xəbər verir ki, “AHF Arena”da keçirilən “İdman Akademiyası”-“Kür” görüşü Mingəçevir təmsilçisinin qələbəsi ilə nəticələnib – 44:28.
Günün digər matçında isə “Qarabağ” “Azəryol”a 31:29 hesabı ilə qalib gəlib.
Kişi həndbolçuların final mərhələsində I-IV yerlər uğrunda yarışan “Bakı” və “Kür” komandalarının görüşü daha gərgin mübarizə ilə yadda qalıb. “AHF Arena”da keçirilən oyundan meydança sahibləri 25:24 hesabı ilə qalib ayrılıblar.