Qarabağ və Şərqi Zəngəzurdan olan cüdoçular imtahan verdilər

Sentyabrın 15-də Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Ağdam olimpiya idman kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Allsport.az xəbər verir ki, imtahanda Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 41 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Həmin kateqoriyadan