- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağı İtaliya “İnter”i ilə görüşə ciddi itki ilə çıxa bilər. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 15-ci turunun dekabrın 7-də “Neftçi”yə qarşı keçirilən matçında zədələnən Bədavi Hüseynovun qarşıdakı oyunda meydana çıxmaq ehtimalı çox azdır.
Klubdan verilən xəbərə görə, gənc müdafiəçinin diz qapağının altında zədə aşkarlanıb. Hazırda futbolçunun ayağında ağrılar var və o, bərpa prosesi keçir. Hüseynovun “İnter”lə matçda iştirak edib-etməyəcəyi oyun günü, dekabrın 11-də müəyyənləşəcək.
Qeyd edək ki, “Qarabağ”da Bədavidən öncə Reynaldo, Çumbinyu, Danilo Dias da zədələnmişdi.