- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bir ildən çoxdur, “Qarabağ”da həm koordinator, həm də əvəzedici heyətin baş məşqçisi olan Borçe Xristov Ağdam klubundan ayrılıb. Allsport.az sportal.az saytına istinadən xəbər verir ki, makedoniyalı mütəxəssis artıq vətəninə qayıdıb.
Xristov özü də bu məlumatı təsdiqləyib: “Bəli, “Qarabağ”dan ayrılmışam. Makedoniyadan bir neçə təklif var. Ancaq yəqin ki, hələ bir neçə ay istirahət edəcəyəm”.
Klubdakı fəaliyyəti barədə danışan Borçe Xristov “Qarabağ”la işbirliyinin uğurlu alndığını söyləyib: “Əvəzedici heyəti gəncləşdirdik və komandanı 16, 17, 18 yaşlı futbolçulardan qurduq. Gənc komanda ilə əvəzedicilərin çempionatında yaxşı oyunumuzla diqqət çəkdik. Bilirsiniz ki, Qurban Qurbanov gənclərlə işləməyi sevən mütəxəssisdir. Bu baxımdan hər zaman onun dəstəyini hiss edirdik. Ümumiyyətlə, Qurban Qurbanov “Qarabağ”da uşaq futbolunun inkişaf etməsi üçün də çox çalışır. Əsas komandada işinin çox olmasına rəğmən, aşağı yaş qrupları ilə də yaxından maraqlanır. Antalyadakı toplanışa da əvəzedici heyətdən bir neçə oyunçu apardı. Ümumi götürsək, bu dönəmdə “Qarabağ”la işbirliyimiz yaxşı alındı”.