- Baxış sayı: 69
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 176
- Dekabr 05, 2025
- 0

Premyer Liqanın 29-cu turunda “Qarabağ” Bakıda “Kəpəz” klubunu qəbul edib. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi matçdan əvvəl “Azərsun Arena”nı Azərbaycan bayrağı ilə bəzəyib. Oyuna gələn azarkeşlərə isə ölkə bayrağı təqdim olunub.
Bundan başqa, ordumuza dəstək olmaq üçün, futbolçular meydana Azərbaycan dövlət bayrağı ilə çıxıb. Bu atributu Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Bağırov daşıyıb. Ağdam klubu bu addımı ilə son günlər cəbhədə baş verənlərə öz münasibətini göstərib.
Qarşılaşmanın nəticəsinə gəlincə, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə sona çatıb.